Bakıda dəhşət: Suyuna dərman qatıb parkda tərk etdilər
Bakıda xoşagəlməz hadisə baş verib.
Ajans.az xəbər verir ki, Bakının mərkəzində Nərimanov parkında, bir qrup gənc dostunun suyuna yuxu dərmanı əlavə edərək onu yatızdırıb, sonra isə parka apararaq orada qoyublar.
Onlar həmin anları videoya çəkərək öz TikTok hesablarında paylaşıblar.
Mövzu ilə bağlı Ajans.az DİN-ə sorğu ünvanladı. Sorğumuza cavab olaraq bildirilib ki, video köhnədir, hadisə çoxdan baş verib.
Daha ətraflı videoda:
Mövzular: