Zaqatalaya qar YAĞDI
Zaqatalada yüksək dağlıq əraziyə qar yağıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, bölgədə qeyri-sabit hava müşahidə olunur, fasilələrlə yağış yağıb.
Qeyri-sabit hava daha çox Zaqatala və Balakən rayonlarında müşahidə olunub, leysan yağıb. Dağlara yağan leysan yağışları nəticəsində Tala və Katex çaylarında suyun səviyyəsində kəskin artın müşahidə olunur.
Sentyabrın 11-dən 12-ə keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin Zaqatala rayonunun Yuxarı Tala kəndinin inzibati ərazisinin yaxınlığında Əlibəy dağına qar yağıb.
Mövzular: