Reklam resmi
Reklam resmi

Məşhur teleaparıcı zorakılıq ittihamlarını rədd edib

Məşhur teleaparıcı zorakılıq ittihamlarını rədd edib
Dünya

Britaniyalı tanınmış teleaparıcı Cey Bleyds ona qarşı irəli sürülən zorakılıq ittihamlarını rədd edib.

Ajans.az xəbər verir ki,bu barədə məlumat BBC-nin rəsmi saytında yer alıb.

"The Repair Shop" proqramının keçmiş aparıcısı məhkəmədə iki zorlamada təqsirli olmadığını bildirib. İstintaq çərçivəsində məhkəmə Bladesə onu ittiham edən şəxslə hər hansı bir şəkildə əlaqə saxlamağı qadağan edib.

Qeyd olunur ki, iş üzrə əsas məhkəmə prosesi 2027-ci ilin sentyabrında başlayacaq.

Xatırladaq ki, son vaxtlar tanınmış şəxslərə qarşı oxşar ittihamlar artmaqdadır. ABŞ-da məşhur komediya aktyoru Con Reep uşaqların cinsi istismarı ittihamı ilə həbs edilmiş, daha sonra zaminlə sərbəst buraxılmışdı. Həmçinin, Böyük Britaniyada "Strictly Come Dancing" layihəsinin iştirakçılarından biri zorlama və qeyri-qanuni intim görüntülərin yayılması ilə bağlı şübhəli qismində saxlanılmış, lakin adı ictimaiyyətə açıqlanmamışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
"The Repair Shop" Cey Bleyds

Digər Xəbərlər