Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr APARIB
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində iştirak edib.
Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional məsələlər və qlobal təsirə malik olan sülh gündəliyi barədə müzakirələr aparıb.
Ajans.az həmin paylaşımı sizlərə təqdim edir:
As a follow-up to historic meeting between President Aliyev @azpresident and President Trump @POTUS In-depth discussions of ???????????????? strategic relations, regional and global affairs between @HikmetHajiyev and Deputy Secretary of State @ChrisLandauUSA took place in Washington DC. pic.twitter.com/WkWpceNdTe
— Azerbaijan Embassy US (@azembassyus) September 10, 2025