Məhşur aktyor hücuma məruz qalıb
Məşhur şotlandiyalı aktyor James McAvoy Kanadada keçirilən Toronto Beynəlxalq Film Festivalı zamanı xoşagəlməz hadisə ilə üzləşib.
Ajans.az CBC-ə istinadən xəbər verir ki, aktyora bardan çıxarkən naməlum şəxs tərəfindən yumruq atılıb.
Hadisə kinofestivalın yaxınlığında yerləşən barın qarşısında baş verib. Mənbənin sözlərinə görə, hücumun səbəbi məlum deyil və aktyor ciddi xəsarət almadığı üçün polisə müraciət edilməyib.
James McAvoy bu ilki Toronto festivalında rejissor Kaliforniya Şeminin debüt filmi ilə iştirak edir. Film əsl hekayəyə əsaslanır və özlərini amerikalı repçi kimi təqdim edən iki şotlandiyalının həyatından bəhs edir.
Qeyd edək ki, Toronto Beynəlxalq Film Festivalı 1976-cı ildən keçirilir və dünyanın ən nüfuzlu kino tədbirlərindən biri sayılır. Bu il festival 4–14 sentyabr tarixlərində keçirilir və onlarla dünya premyerasına ev sahibliyi edir.
Hazırda hadisə ilə bağlı rəsmi araşdırma aparılmasa da, McAvoyun festival proqramında iştirakını davam etdirdiyi bildirilir.