Reklam resmi
Reklam resmi

Avropa İttifaqı İsrailə qarşı sanksiyalar hazırlayır

Avropa İttifaqı İsrailə qarşı sanksiyalar hazırlayır
Dünya

Avropa Komissiyasının sədri Ursula fon der Leyen İsrailə qarşı ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiq olunacağını açıqlayıb.

Ajans.az xəbər verir ki,o, Aİ İsraillə ikitərəfli dəstəyi dayandırmağa, maliyyə ödənişlərini tamamilə kəsməyə və ticarət tərəfdaşlığı sazişini qismən dondurmağı planlaşdırır.

Leyen qeyd edib ki, istisna yalnız vətəndaş cəmiyyəti institutları və Yad Vaşem Holokost xatirə mərkəzi ilə əməkdaşlığa şamil olunacaq.

Sanksiyalar paketi Aİ-nin İsrailin bölgədəki hərbi əməliyyatlarına və humanitar vəziyyətin pisləşməsinə dair artan narahatlığı fonunda irəli sürülüb.

Bununla yanaşı, Avropa İttifaqı gələn ay Fələstinin yenidən qurulması üçün xüsusi donor qrupu yaratmağı da planlaşdırır. Təşəbbüsün məqsədi bölgədə sülhün və sabitliyin bərqərar olunmasına töhfə verməkdir.

Rəsmi Brüssel sanksiyalarla bağlı yekun qərarın yaxın həftələrdə üzv ölkələr arasında razılaşdırılacağını bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa İttifaqı Ursula fon der Leyen

Digər Xəbərlər