Reklam resmi
Reklam resmi

Etirazçılar maliyyə nazirini ÇAYA ATDILAR - Bu ölkədə

Etirazçılar maliyyə nazirini ÇAYA ATDILAR - Bu ölkədə
Dünya

Nepalın maliyyə naziri Barşa Man Pun Paudel etiraz aksiyası zamanı zorakılığa məruz qalıb.

Ajans.az xəbər verir ki,yerli mediada yayılan məlumata görə, nazir etirazçılar tərəfindən çaya atılıb, lakin hadisə yerindən qaçaraq sağ çıxmağı bacarıb.

Hadisə sosial mediada geniş yayılıb və ölkədə ciddi ictimai rezonansa səbəb olub. Etirazçıların bu radikal addımı yerli hökumət orqanları tərəfindən kəskin şəkildə pislənib.

Hazırda Paudelin səhhətinin stabil olduğu, hüquq-mühafizə orqanlarının isə insidentlə bağlı araşdırma apardığı bildirilir. Hadisənin dəqiq səbəbləri və etiraz aksiyasının motivləri barədə rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, son dövrlər Nepalda iqtisadi vəziyyətlə bağlı narazılıqlar fonunda hökumət əleyhinə etirazlar intensivləşib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nepal etirazlar

Digər Xəbərlər