Sabah Sumqayıtın bu ərazisində QAZ OLMAYACAQ
Sabah Sumqayıt şəhərində qaz təchizatında məhdudiyyət olacaq.
Ajans.az xəbər verir ki, bu barədə "Azəriqaz İB" Sumqayıt QİS məlumat yayıb.
Məlumatda bildirilir ki, 18-ci mikrorayon və Yaşıl Dərənin bir hissəsində 89 millimetrlik orta təzyiqli qaz xəttində sızmaların aradan qaldırılması ilə əlaqədar olaraq 1 400 abonentin qaz verilişi dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Mövzular: