İtaliya millisi iki avtoqol buraxaraq İsrailə QALİB GƏLDİ
İtaliya millisi 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə İsrail yığmasına 5:4 hesabı ilə qalib gəlib.
Ajans.az xəbər verir ki, qarşılaşma Macarıstanın Debrecen şəhərində baş tutub.
İtaliya millisinin qollarını Moise Kin (40 və 54-cü dəqiqə), Matteo Politano (59), Cakomo Raspadori (81) və Sandro Tonali (90+1) vurub.
İsrail millisinin qollarını Dor Peretz vurub (52, 90). 16-cı dəqiqədə İtaliya millisinin yarımmüdafiəçisi Manuel Lokatelli topu öz qapısına göndərib, 87-ci dəqiqədə isə Alessandro Bastoni avtoqola imza atıb.
İtaliya komandasının dörd oyundan sonra doqquz xalı var və I qrupunun turnir cədvəlində ikinci yerdədir. İsrail yığması beş oyunda doqquz xalla üçüncü yerdədir. Norveçlilər dörd oyundan sonra 12 xalla qrupda birinci yerdədirlər.
Növbəti mərhələdə İtaliya komandası səfərdə estonlarla, İsrail yığması isə norveçlilərlə səfərdə oynayacaq. Qarşılaşmalar oktyabrın 11-də baş tutacaq.
Hər qrupdan ən güclü komanda dünya çempionatına vəsiqə qazanacaq. İkinci yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək.