Paytaxtda avtobus işıqforu AŞIRDI
Bakıda avtobus sürücüsünün diqqətsizliyi yol-nəqliyyat hadisəsinə səbəb olub, yol infrastrukturuna ziyan dəyib.
Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, hadisə bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza səbəbindən 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür.
Mövzular: