Reklam resmi
Reklam resmi

16 yaşdan aşağı şəxslər sosial şəbəkələrdən istifadə edə bilməyəcək!

16 yaşdan aşağı şəxslər sosial şəbəkələrdən istifadə edə bilməyəcək!
Dünya

Avstraliya hökuməti uşaqların sosial mediadan istifadə etməyə başlaması üçün 16 yaş məhdudiyyəti qoyacaq və platformalar bu qaydaya əməl etməsələr, məsuliyyət daşıyacaq.

Ajans.az xəbər verir ki, Baş nazir Albanese bu qanunun bu il parlamentə təqdim ediləcəyini açıqlayıb.

Baş nazir Entoni Albanese jurnalistlərə verdiyi açıqlamada sosial mediadan istifadəyə yaş məhdudiyyəti tətbiq etmək səylərini dəyərləndirib.

Sosial medianın uşaqlara zərər verdiyini bildirən Albanese buna son qoyacağını dilə gətirib. Sosial mediadan istifadəyə 16 yaş məhdudiyyəti qoyacaq qanun bu il qəbul ediləcək.

Meta bu məhdudiyyətə əməl edəcək. Lakin “TikTok” platforması açıqlama verməyib.

author picture
Ajans_az Muxbir
Mövzular:
Sosial media Məhdudiyyət 16 yaş

Digər Xəbərlər