Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, ümumi sahəsi 60 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Yüksək temperaturdan bitişik, ümumi sahəsi 240 m² olan ikimərtəbəli 4 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.

Köməkçi tikilinin qalan hissəsi və ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.