Əmək müqavilələrinin sayı 1 milyonu keçib
Qeyrineft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib.
Ajans.az xəbər verir ki, bu barədə Nazir Mikayıl Cabbarov məlumat verib.2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87% artmışdır. Ümumi əmək müqavilələrinin 55 faizə yaxını bu sektorun payına düşür.
Bu əhəmiyyətli nəticələrin əldə edilməsində #iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əmək haqlarının “ağardılması” və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və 7 illik güzəştlərə əsaslanan #vergi islahatları da həlledici rol oynayıb.

Mövzular: