Mingəçevirdə yol qəzası BAŞ VERDİ
Mingəçevirdə yol qəzası baş verib, iki nəfər yaralanıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.
1996-cı il təvəllüdlü sürücü Məhəmməd Səfərovun idarə etdiyi minik avtomobili idarəetmədən çıxaraq sərt şəkildə yol kənarındakı maneələrə çırpılıb.
Qəza nəticəsində sürücü və 2005-ci il təvəllüdlü sərnişin Gülçöhrə Naxmadova müxtəlif bədən xəsarətləri alaraq xəstəxanalıq olub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: