Ajans.az xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində baş verib.

Qəsəbədə yerləşən vətəndaşa məxsus dəmir konstruksiyalardan ibarət köşk anidən yanmağa başlayıb.

Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı dəmir konstruksiyalardan ibarət olan köşk yanaraq külə dönüb.

Yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.

Yanğının başvermə səbəbləri araşdırılır. \Unikal