Reklam resmi
Reklam resmi

Hande Erçel və Hakan Sabancı ayrıldı – ilk açıqlama

Hande Erçel və Hakan Sabancı ayrıldı – ilk açıqlama
Şou Biznes

Məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancının 3 illik münasibəti gözlənilmədən başa çatıb. Sosial şəbəkədə Erçelin Hakan Sabancı ilə olan bütün fotolarını silməsi ayrılıq iddialarını təsdiqləyib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,sosial mediada yayılan şayiələrdə ayrılıqda əsas günahkar kimi Hakan Sabancının anası Arzu Sabancı göstərilsə də, ana Sabancı bu iddialara ilk dəfə münasibət bildirib.

Arzu Sabancı yayılan iddialar və ona qarşı yönəlmiş tənqidlər fonunda səssizliyini pozaraq şəxsi Instagram hesabında açıqlama verib. O, münasibətə müdaxilə etmədiklərini bildirib:

"Biz heç vaxt bu prosesə qarışmamışıq və olmayacağıq."

“Məni olmayan biri kimi göstərməyə çalışmaları əsəbləndirir”

Açıqlamasında Arzu Sabancı, Hande Erçel haqqında da müsbət fikirlər səsləndirib və onun ailə tərəfindən qəbul edilən biri olduğunu bildirib:

“Hande hər kəs tərəfindən sevilən, sənətində uğur qazanmış, zərif, ağıllı, gözəl dəyərləri olan bir gənc qadındır. Münasibətləri boyunca onları sevinclə izlədim. Ayrılma qərarı Hakan və Hande tərəfindən alınıb. Biz, ailə olaraq bu qərarı sonradan öyrəndik.”

O, paylaşdığı bir sitatın da yanlış başa düşüldüyünü və bunun münasibətlə heç bir əlaqəsinin olmadığını vurğulayıb:

“Hande şəkilləri silməzdən çox əvvəl bir dostumun səhifəsində gördüyüm sitatı paylaşmışdım. Sonradan diqqət çəkəcəyini düşündüm, amma silmədim. Bu da səhv şərh olundu.”

Sonda Arzu Sabancı onu ittiham edənlərə cavab olaraq əlavə edib:

“Məni olmayan biri kimi göstərməyə çalışmaları məni əsəbləndirir. Amma bilirəm ki, insanlar inanmaq istədiklərinə inanacaq. Mən isə hər zaman öz adamım olacağam.”

Nə baş verdi?

Son aylarda tez-tez birlikdə görüntülənən cütlüyün ayrılığı sosial mediada böyük rezonans doğurub. Hande Erçelin bütün fotoları silməsi və Hakan Sabancının tərəfdən hər hansı rəsmi açıqlamanın gəlməməsi vəziyyəti daha da mübahisəli edib.

Hazırda nə Hande Erçel, nə də Hakan Sabancı şəxsi münasibətlərinə dair hər hansı rəsmi açıqlama verməyiblər.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Hande Erçel Hakan Sabancı

Digər Xəbərlər