Reklam resmi
Reklam resmi

Bu təyyarə Bakıya məcburi ENİŞ ETDİ

Bu təyyarə Bakıya məcburi ENİŞ ETDİ
Cəmiyyət
368

İstanbul-Səmərqənd marşrutu üzrə uçuş həyata keçirən "Centrium Air" aviaşirkətinə məxsus "Airbus A321" tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

Ajans.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Bildirilib ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

Təyyarə yerli vaxtla saat 08:29-da Bakı hava limanına uğurla eniş edib.

Hava limanının bütün aidiyyəti xidmətləri dərhal yüksək hazırlıq vəziyyətinə gətirilib. Tibbi heyət sərnişinə yerində ilkin yardım göstərib, vəziyyəti qiymətləndirildikdən sonra isə onun paytaxt xəstəxanalarından birinə yerləşdirilməsinə qərar verilib.

Sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi Heydər Əliyev Beynəlxalq Aeroportunun əsas prioritetidir. Bu məqsədlə bütün xidmətlər operativ və tam koordinasiya olunmuş rejimdə fəaliyyət göstərir.

Mövzular:
İstanbul-Səmərqənd marşrutu "Centrium Air" "Airbus A321"

Digər Xəbərlər