Biləsuvarda AĞIR QƏZA
Biləsuvarda iki minik və bir yük avtomobili toqquşub.
Ajans.az xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının Biləsuvar rayonundan keçən hissəsində baş verib.
Yaralananların Cəlilabad rayon sakinləri olduqları bildirilir, onların kimliyi açıqlanıb.
Yaralananlar Cəlilabad rayonunun Uzuntəpə kənd sakinləri – 2002-ci il təvəllüdlü Həmidov Əlvan Şəfi oğlu, 2002-ci il təvəllüdlü Xanverdiyev Elmin Şaban oğlu və 2000-ci il təvəllüdlü Cəfərov Nəsib Bahadur oğludur.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: