Reklam resmi
Reklam resmi

Bəzi özəl məktəblər yeni tədris ilinə BAŞLAYIBLAR

Bəzi özəl məktəblər yeni tədris ilinə BAŞLAYIBLAR
Cəmiyyət

Bəzi özəl məktəblər artıq yeni tədris ilinə qədəm qoyub.

Ajans.az xəbər verir ki, ölkəmizdə Bilik Günü sentyabrın 15-də keçirilsə də, ötən ayın sonlarından tədrisə başlayan müəssisələr var.

Beynəlxalq Azərbaycan Məktəbi (TISA) avqustun 30-dan, Bakı Beynəlxalq Məktəbi (BIS) avqustun 21-dən yeni tədris ilinə başlayıb.

"İdrak" liseyinin Bakı filialı, "Evrika" liseyi sentyabrın 1-i, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində sentyabrın 2-də yeni tədris ilinə qədəm qoyulub.

SABIS SUN Beynəlxalq Məktəbinin 5-12 yaş qrupları sentyabrın 1-i, 1-4-cü siniflər sentyabrın 2-dən yeni tədris ilinə başlayıblar.

Bu gün - sentyabrın 3-də Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Bakı Beynəlxalq Təhsil Kompleksi (BIEC) və "Kaspi" liseyinin 9, 10, 11-ci sinif şagirdləri üçün Bilik Günü keçirilib.

Xəzər Universiteti Dünya Məktəbində (Bakı filialı) sentyabrın 5-i, Xəzər Universiteti Dünya Məktəbində (Sumqayıt filialı) sentyabrın 12-si açılış tədbiri keçiriləcək./oxu.az

Mövzular:
Bilik Günü Beynəlxalq Azərbaycan Məktəbi

Digər Xəbərlər