Reklam resmi
Reklam resmi

Uşaqlara quru çörək verən bağça müdiri ilə bağlı RƏSMİ QƏRAR

Uşaqlara quru çörək verən bağça müdiri ilə bağlı RƏSMİ QƏRAR
Cəmiyyət

Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında uşaqlara səhər yeməyinə quru çörək və su verilməsi barəsində vətəndaş şikayətlərinə əsasən araşdırma aparılıb.

Ajans.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən bağçada uşaqların quru çörək və su ilə qidalanması barədə videolar yayılıb.

Mövzular:
Abşeron rayonunun Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçası Müdir Xitam Quru çörək

Digər Xəbərlər