Reklam resmi
Reklam resmi

ASAN könüllüsü olmaq indi daha da ASANdır

ASAN könüllüsü olmaq indi daha da ASANdır
Cəmiyyət

15-26 yaş arası gənclər ASAN könüllüsü olmaq üçün portal.asanvolunteers.az saytında təhsil səviyyəsindən asılı olmayaraq rahat, təhlükəsiz və sürətli şəkildə qeydiyyatdan keçə bilərlər.

Ajans.az xəbər verir ki, ASAN könüllüləri fəaliyyət müddəti ərzində “ASAN xidmət” mərkəzlərinin daha operativ şəkildə fəaliyyət göstərməsinə, vətəndaş axının idarə olunmasına və vətəndaş məmnunluğunun təmin olunmasına dəstək göstərirlər. Eyni zamanda könüllülük onların biliklərini fərqli sahələrdə tətbiq etmələrində, real mühitdə təcrübə qazanmaqlarında əvəzsiz rol oynayır. Fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikat verilir ki, bu da onların karyera həyatına uğurlu bir keçid fürsəti olur. 

ASAN könüllüsü olmaq üçün: portal.asanvolunteers.az

“ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu prosesə 43.000-ə yaxın könüllü gənc qoşulub. Könüllülər tərəfindən 8000-dən çox təlim, 900-dən çox yerli və beynəlxalq layihə keçirilib. 3500-dən çox könüllü isə “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Mövzular:
ASAN xidmət ASAN könüllüləri “ASAN Kadr”

Digər Xəbərlər