Reklam resmi
Reklam resmi

Moskalkova: Ukraynada saxlanılan rus vətəndaşları geri qaytarılacaq

Moskalkova: Ukraynada saxlanılan rus vətəndaşları geri qaytarılacaq
Dünya

Rusiya Federasiyası Prezidentinin İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, Ukraynada saxlanılan beş Rusiya vətəndaşı vətənlərinə qaytarılacaq.

Ajans.az xəbər verir ki,bu barədə Ombudsman Telegram kanalında qeyd edib ki, sentyabrın 3-də beş ailə yaxınlarını Ukraynadan aparacaq, digər beş ailə isə Ukraynaya gedəcək.

Moskalkova əlavə edib ki, bu prosessdə Qomel vilayətində Beynəlxalq Qızıl Xaç Komitəsinin və Belarus tərəfinin nümayəndələrinin iştirakı ilə görüşlər keçiriləcək.

Daha əvvəl Ombudsman bildirmişdi ki, Rusiya və Ukrayna hərbi əsirlərin qarşılıqlı qaytarılmasını davam etdirmək barədə razılığa gəliblər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Federasiyası Tatyana Moskalkova

Digər Xəbərlər