Rusiya generalı rüşvətxorluğa görə doqquz il həbs cəzası VERİLDİ
235-ci Qarnizon Hərbi Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rabitə planlaması şöbəsinin keçmiş rəisi Aleksandr Oqloblini rüşvətxorluğa görə doqquz il müddətinə sərt rejimli koloniyada cəza çəkilmək barədə qərar çıxarıb.
Ajans.az xəbər verir ki,bu barədə TASS məlumat yayıb.
Oqloblin dövlət müdafiə sifarişini yerinə yetirərkən xüsusi külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Həmçinin, ona 12 milyon rubl cərimə tətbiq edilib və hərbi rütbəsindən məhrum edilib. Məhkəmə iclası qapalı şəraitdə keçirilib.
İstintaq və məhkəmənin məlumatına görə, 2016–2021-ci illər arasında Müdafiə Nazirliyi “Perm Telefon Zavodu Telta” ASC ilə rabitə cihazlarının tədarükü üçün ümumilikdə 1,2 milyard rubldan çox müqavilələr bağlayıb. İşin icrasına nəzarət Oqloblinə həvalə olunub, lakin o, zavodun nümayəndələrindən 12 milyon rubl rüşvət alıb və bu pulları öz himayəsi üçün istifadə edib. Oqloblin günahını etiraf edib.
Mövzular: