Reklam resmi
Reklam resmi

Tramp səhhəti ilə bağlı şayiələrə cavab verdi

Tramp səhhəti ilə bağlı şayiələrə cavab verdi
Dünya

ABŞ prezidenti Donald Tramp səhhəti ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

Ajans.az xəbər verir ki,o,Truth Social hesabında paylaşım edərək hazırda özünü həmişəkindən daha yaxşı hiss etdiyini vurğulayıb.

“Həyatımda özümü indiki qədər yaxşı hiss etməmişəm”, – Tramp qeyd edib.

O, həmçinin administrasiyasının siyasəti nəticəsində Kolumbiya dairəsinin “cinayətdən azad zona”ya çevrildiyini iddia edib.

Avqustun 30-da sosial şəbəkələrdə Trampın guya öldüyünə dair fərziyyələr yayılmışdı. Bu iddialar ABŞ-ın vitse-prezidenti J.D. Vensin prezidentə “nəsə olarsa” ölkəyə rəhbərlik etməyə hazır olduğunu bildirməsi fonunda gündəmə gəlmişdi.

Ağ Ev isə yayılan şayiələri təkzib edərək Trampın tam sağlam olduğunu açıqlayıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər