Reklam resmi
Reklam resmi

Məktəblərdə tədrisin gec başlaması ilə bağlı- RƏSMİ CAVAB

Məktəblərdə tədrisin  gec başlaması ilə bağlı- RƏSMİ CAVAB
Cəmiyyət

"Formula 1” yarışları ilə əlaqədar məktəblərin sentyabrın 21-dən etibarən başlayacağı ilə bağlı fikirlər səsləndirilir.

Elm və Təhsil Nazirliyindən Ajans.az-ın sorğusuna bildirilib ki, 2025/2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək”.

Mövzular:
Məktəblər Tədrisin başlanma vaxtı Elm və Təhsil Nazirliyi

Digər Xəbərlər