Reklam resmi
Reklam resmi

AfD-nin dörd namizədinin ÖLDÜ

AfD-nin dörd namizədinin ÖLDÜ
Dünya

Şimali Reyn-Vestfaliyada sentyabrda keçiriləcək seçkilərin başlamasına az qalmış "Almaniya üçün Alternativ" Partiyasının (AfD) dörd namizədi dünyasını dəyişib.

Ajans.az xəbər verir ki, bu barədə Hannover Universitetinin Dövlət Maliyyə İnstitutunun direktoru Stefan Homburq "X" sosial şəbəkəsində məlumat paylaşıb.

"Statistikaya görə, bu, demək olar ki, mümkün deyil"- professor qeyd edib. 

Dünyasını dəyişənlər 66 yaşlı Ralf Lanq, 59 yaşlı Volfqanq Seyts, 71 yaşlı Volfqanq Klinqer və 59 yaşlı Stefan Berendesdir. Bütün hadisələrin son iki həftə ərzində qəfil baş verdiyi bildirilir.

Şimali Reyn-Vestfaliyada yerli hökumət seçkiləri sentyabrın 14-də keçiriləcək.

Mövzular:
Şimali Reyn-Vestfaliya AfD Almaniya

Digər Xəbərlər