Reklam resmi
Reklam resmi

Ucarda ev YANIB

Ucarda ev YANIB
Hadisə

Ucarda fərdi yaşayış evi yanıb.

Ajans.az xəbər verir ki, hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini, 1977-ci il təvəllüdlü Əlizadə Əjdər oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və yarımtikilidən ibarət evdə güclü yanğın baş verib. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamı ilə yanıb.

Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.

Fakt araşdırılır. \ apa.az

Mövzular:
Ucar Yanğın Qaracallı kəndi Ucar Rayon Yanğından Mühafizə Hissəsi

Digər Xəbərlər