Sabunçu rayonunda yanğın oldu
Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.
Ajans.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, ümumi sahəsi 130 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində 3 ədəd məişət avadanlığı yanıb. Yaxınlıqdakı qazanxana və istixana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Mövzular: