Reklam resmi
Reklam resmi

Bakıda taksi şirkətinin ofisi qarət olundu

Bakıda taksi şirkətinin ofisi qarət olundu
Hadisə

Paytaxt ərazisində oğurluq cinayətləri qeydə alınıb.

Ajans.az xəbər verir ki,bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.Binəqədi rayonunda yerləşən taksi şirkətlərinin birinin xidməti otağından 1460 manat, Nərimanov və Sabunçu rayonlarında isə ayrı-ayrı vətəndaşlara məxsus 2702 manat dəyərində nağd pul, qızıl-zinət əşyaları və kompüter avadanlıqları oğurlanıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayət əməllərini törətməkdə şübhəli bilinən 55 yaşlı N.Nəsirov, əvvəllər məhkum olunmuşlar - 40 yaşlı R.Abbasov və 35 yaşlı Ə.Məmmədov saxlanılıblar. 

Faktlarla bağlı araşdırmalar aparılır.

Mövzular:
Bakı Daxili İşlər Nazirliyi

Digər Xəbərlər