Reklam resmi
Reklam resmi

Vətəndaşları təhqir edən məmur işdən çıxarıldı

Vətəndaşları təhqir edən məmur işdən çıxarıldı
Cəmiyyət
1458

Quba rayon İcra Hakimiyyəti başçısı İlqar Mahmudov rayonun Xucbala İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Rauf Adil oğlu Şıxməmmədovu tutduğu vəzifədən azad edib.

Ajans.az Bizim.Media-a istinadla xəbər verir ki, Rauf Şıxməmmədov sosial şəbəkədə təhqiramiz fikirlər yazdığına görə postunu itirib.

Belə ki, icra nümayəndəsi sosial şəbəkələrdə Qubanın qədim yaşayış məntəqələrindən olan Buduq kəndi və buduqlular barədə təhqiramiz ifadələr işlədib.

Mövzular:
Məmur Vəzifə Uzaqlaşma Təhqir

Digər Xəbərlər