İtkin düşmüş şəhidimiz dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Rizvan Hacıyevin nəşinin qalıqları dəfn edilib.
Ajans.az xəbər verir ki, dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.
Qeyd edək ki, R.Hacıyev 1993-cü ildə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Onun qalıqları Füzulinin Qacar kəndi yaxınlığında aşkarlanıb.
Mövzular: