Lukaşeviç: Rusiya ATƏT-in Minsk qrupunun ləğvini dəstəkləyir
Rusiya, Azərbaycan və Ermənistanın ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı razılığını dəstəkləyir. Qrupun 2025-ci ilin dekabrına qədər tamamilə ləğv olunması planlaşdırılır.
Ajans.az RBK-ya istinadən xəbər verir.
Diplomatın sözlərinə görə, söhbət yalnız Minsk Qrupunun deyil, həm də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi institutunun və Yüksək səviyyəli planlaşdırma qrupunun işinin dayandırılmasından gedir:
“Azərbaycan və Ermənistanın onların saxlanmasının məqsədəuyğun olmadığı barədə mövqelərini nəzərə alsaq, onların fəaliyyətinin davam etməsi üçün səbəb görmürük”, – Lukaşeviç bildirib.
Onun sözlərinə görə, əgər 1 sentyabradək qrupun buraxılmasına heç bir ölkə etiraz etməsə, qərar qəbul olunmuş hesab ediləcək. Lakin inzibati və maliyyə prosedurlarına görə, qərarın tam icrası bir neçə ay çəkəcək. ATƏT bu prosesi 2025-ci ilin dekabrından gec olmayaraq başa çatdırmağı planlaşdırır.
Mövzular: