Reklam resmi
Reklam resmi

Rusiyada daha bir azərbaycanlı - Məmmədəli Ağayev HƏBS EDİLDİ

Rusiyada daha bir azərbaycanlı - Məmmədəli Ağayev HƏBS EDİLDİ
Cəmiyyət

Moskva Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev saxlanılıb.

Ajans.az BAZA-ya istinadən xəbər verir ki, Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmədəli Ağayev dələduzluqda şübhəli bilinərək həbs edilib. 

İstintaqla müəyyən edilib ki, Ağayev fərdi sahibkar kimi qeydiyyatdan keçərək teatrla saxta müəllif müqavilələri bağlayıb.

Sənədlərə görə, o, ssenarilər yaradıb, onlara olan hüquqlarını teatra verib və uydurma hesabatlar əsasında hər bir tamaşanın kassa mədaxilinin 4 faizi həcmində gəlir əldə edib.

Oğurlanmış vəsaitin məbləği 20 milyon rubl təşkil edib. Ağayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə iş açılıb.

Qeyd edək ki, Ağayev 1992-2021-ci illərdə teatra rəhbərlik edib, 2018-ci ildə “Rusiya Federasiyasının əməkdar artisti” mükafatını alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Rusiya Azərbaycan azərbaycanlı həbs teatr

Digər Xəbərlər