“Gangnam Style” ifaçısı ittiham olunur
Məşhur “Gangnam Style” hitinin ifaçısı, reper və müğənni Psi (əsl adı Park Jae Sang) barəsində istintaq aparılır. O, qanunsuz şəkildə psixotrop dərman reseptləri əldə etməkdə ittiham olunur.
Ajans.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, sənətçi xəstəxanaya şəxsən getmədən, üçüncü şəxslər vasitəsilə Seuldakı universitet xəstəxanalarından birindən reseptlə Xanax və Stilnox kimi güclü təsirə malik dərmanlar alıb.
Məlumata görə, istintaq çərçivəsində həm həmin xəstəxananın həkimi, həm də Psinin meneceri saxlanılıb.
Mövzular: