Bakı şəhərində sınmış ağac budağı TƏHLÜKƏ SAÇIR
Paytaxtın Nəsimi rayonu ərazisində yaşayış binası ətrafında olan ağacın budağı sınaraq sakinlər üçün təhlükə mənbəyinə çevrilib.
Ajans.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu 20 yanvar küçəsi, ev 19 B ünvanında yerləşən binanın həyətində iri gövdəli ağacın budağı sınaraq asılı vəziyyətdə qalıb.
Sınmış budaq bina sakinləri və nəqliyyat vasitələri üçün hər an problem yarada bilər.
Məsələ ilə bağlı Ajans.az Nəsimi rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb.
Lakin qurumdan zənglərimizə cavab verilmədi.
Mövzular: