Reklam resmi
Reklam resmi

Məktəblinin əlində telefon partlayıb

Məktəblinin əlində telefon partlayıb
Dünya

Moskva vilayətinin Ramenskoye şəhərində 15 yaşlı məktəbli qızın telefonu şarj zamanı əlində partlayıb. Bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ajans.az Lenta.ru-ya istinadən xəbər verir ki, qız cihazla oynayarkən telefon qəfil qızaraq partlayıb. Nəticədə o, hər iki əlindən üçüncü dərəcəli, qollarından isə birinci və ikinci dərəcəli yanıq xəsarətləri alıb.

Məktəblinin atası onu dərhal xəstəxanaya çatdırıb. Həkimlərin sözlərinə görə, hazırda qızın vəziyyəti qənaətbəxşdir, o, antibakterial müalicə və sarğılarla təmin olunur. Yaxın günlərdə evə buraxılması gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Moskva Səhiyyə Nazirliyi

Digər Xəbərlər