Veteran vəfat edib
“Alfa” antiterror dəstəsinin veteranı, Rusiya Qəhrəmanı, general-mayor Valeri Kanakin 65 yaşında vəfat edib.
Ajans.az Beynəlxalq Veteranlar Təşkilatına istinadən xəbər verir.
Kanakin 1984-cü ildə xüsusi təyinatlı bölməyə qəbul olunub və sonradan FSB Xüsusi Əməliyyatlar Mərkəzinin “A” idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib. O, Sovet İttifaqı və Rusiyanın müxtəlif münaqişə ocaqlarında xüsusi əməliyyatlarda iştirak edib.
General-mayor həmçinin Budyonnovsk və Beslandakı girovların azad edilməsi əməliyyatlarında iştirak edən əsas fiqurlardan biri olub.
Kanakin 4-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni (qılıncla), “İgidliyə görə” ordeni, bir sıra dövlət mükafatları, həmçinin Rusiya Pravoslav Kilsəsinin 3-cü dərəcəli Dmitri Donskoy ordeni ilə təltif edilib.
Mövzular: