Reklam resmi
Reklam resmi

Məşqçi Qurban Qurbanovdan AÇIQLAMA: "Qarabağ"ın qələbəsini ən çox...

Məşqçi Qurban Qurbanovdan AÇIQLAMA: \"Qarabağ\"ın qələbəsini ən çox...
İdman

"Qarabağ"ın qələbəsini ən çox azarkeşlər haqq edirdilər.

Ajans.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarstan) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Liqa mərhələsinə yollandıqları üçün hədsiz sevincli olduqlarını söyləyib:

"Gərgin oyuna şahidlik etdik. Futbolçularım böyük nailiyyət təbrik edirəm. Sanki çoxdandır stadionda bu cür atmosferə şahidlik etmirdim. Bu qalibiyyəti ən çox azarkeşlərimiz haqq edirdilər".

Qurban Qurbanov Liqa mərhələsinin oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcəklərini istisna etməyib:

"Liqa mərhələsinin oyunlarını hansı stadionda keçirəcəyimizə qərar verməmişik. Matçlarımızı Tofiq Bəhramov adına Respublika stadionunda da davam etdirə bilərik. Lakin məsləhət olarsa Bakı Olimpiya Stadionundan da istifadə etmək mümkündür".

Ajans.az komandası olaraq stadiondakı azarkeşlərin "Qarabağ"ı dəstəklədiyi görüntüləri sizlərə təqdim edirik: 

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
futbol klub məşqçi açıqlama mətbuat Qarabağ

Digər Xəbərlər