Bilgəhdə meyit TAPILDI
Bilgəhdə 35 yaşlı kişi meyiti tapılıb.
Ajans.az xəbər verir ki, hadisə Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda qeydə alınıb.
1990-cı il təvəllüdlü Mehralıyev Qoca Vəli oğlunun meyiti yaşadığı baş evinin həyətində aşkar edilib.
Ölümün səbəbi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
Mövzular: