Reklam resmi
Reklam resmi

Telefonunu sulama kanalından almağa çalışan şəxs həyatını itirdi

Telefonunu sulama kanalından almağa çalışan şəxs həyatını itirdi
Dünya

Adananın Yüreğir rayonunda 35 yaşlı Faruk Demir sulama kanalına düşən mobil telefonunu çıxarmaq istəyərkən axına qapılaraq boğulub.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə saat 11:00 radələrində Yüreğirin Levent məhəlləsində, Tahir Aslan körpüsünün üzərində baş verib. Körpüdən keçən Demir telefonunu təsadüfən kanala salıb. Telefonunu geri götürmək üçün suya girən Demir güclü axıntıya tab gətirə bilməyərək göz önündən itib.

Hadisə şahidlərinin məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub. Adana İl Polis İdarəsinin Su Altı Qrupu tərəfindən aparılan axtarış nəticəsində Faruk Demirin cansız bədəni sudan çıxarılıb.

Meyit müayinə üçün Adana Ədli Tibb İnstitutunun morquna təhvil verilib. Hadisə ilə bağlı araşdırma aparılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə hadisə

Digər Xəbərlər