Reklam resmi
Reklam resmi

Küləkli hava bu tarixədək davam edəcək

Küləkli hava bu tarixədək davam edəcək
Cəmiyyət
482

Azərbaycanda müşahidə olunan küləkli havanın avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

Bu haqda Ajans.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm).

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.

Mövzular:
Hava Külək Xəbərdarlıq

Digər Xəbərlər