Reklam resmi
Reklam resmi

Kəlbəcərdə qaz borusu PARTLADI

Kəlbəcərdə qaz borusu PARTLADI
Hadisə

Kəlbəcərdə qaz partlayışı olub, yanıq xəsarətləri alanlar var.

Ajans.az xəbər verir ki, hadisə Kəlbəcər rayon ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E. Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N. Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K. Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M. Sadıqzadədir.

Verilən məlumata görə xəsarət alanlar ustadırlar və onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkən zaman partlayış olub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qaz boru partlayış Kəlbəcər

Digər Xəbərlər