Makron parlamenti buraxa bilər
Fransa prezidenti Emmanuel Makron sentyabrın 8-də hökumətə etimadsızlıq səsverməsi keçiriləcəyi halda parlamenti buraxa bilər.
Ajans.az xəbər verir ki,bu barədə Fransanın baş naziri Fransua Bayru BFMTV-yə açıqlamasında bildirib.
“Respublika prezidenti bunu arzulamır, lakin istənilən halda parlamentin buraxılması ehtimalı mövcuddur”, – deyə Bayru vurğulayıb.
Baş nazirin sözlərinə görə, Fransa hazırda ölkənin gələcəyini müəyyən edə biləcək “son dərəcə narahatedici və dönüş nöqtəsi”ndədir.
Qeyd edək ki, bundan əvvəl müxalif “Fransanı insoumise” partiyası Bayru hökumətinə etimadsızlıq səsverməsi keçirməyə hazırlaşdığını açıqlayıb. Müxalifət hökumətin təqdim etdiyi 2026-cı il büdcə layihəsinə qarşı çıxır və sənəddə yer alan “kəmərsıxma” tədbirlərinə etiraz edir.
Mövzular: