Reklam resmi
Reklam resmi

Bakı metrosunun daşımalardan əldə etdiyi gəlir açıqlanıb

Bakı metrosunun daşımalardan əldə etdiyi gəlir açıqlanıb
Cəmiyyət

Bakı Metropoliteni QSC bu ilin yanvar-iyun aylarında sərnişin daşımalarından 54 milyon 37,2 min manat gəlir əldə edib.

Bu barədə Ajans.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 22,7% çoxdur.

Hesabat dövründə metropolitenin xidmətlərindən 111 milyon 394,7 min nəfər (-1,6%) istifadə edib.

Xatırladaq ki, Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten üç xətdən (yaşıl, qırmızı və bənövşəyi) və 27 fəaliyyət göstərən stansiyadan ibarətdir.

Mövzular:
Bakı Metropoliteni QSC 54 milyon 37 2 min manat

Digər Xəbərlər