Reklam resmi
Reklam resmi

Bakıda bu ərazilərdə işıq olmayacaq

Bakıda bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət

Bu gün Bakının Binəqədi və Nərimanov rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Ajans.az-a Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Binəqədi və Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ) ərazilərində avqustun 26-da təmir-bərpa işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək və saat 14:00-dan 15:00-dək Binəqədidə 4 və 5-ci mikrorayonlarda, Mir Cəlal, 20 Yanvar küçələrində, Nərimanovda Xan Şuşinski küçəsi, Ziya Bünyadov küçəsinin bir hissəsi, Xutor yaşayış massivinin bəzi yerlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir-bərpa işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Mövzular:
işıq Bakı Binəqədi rayonu

Digər Xəbərlər