Reklam resmi
Reklam resmi

Binəqədinin bir sıra ərazilərində işıq OLMAYACAQ

Binəqədinin bir sıra ərazilərində işıq OLMAYACAQ
Cəmiyyət

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (Biləcəri ETSİ) daxil olan bir sıra ərazilərdə gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ajans.az xəbər verir ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri ETSİ-nin ərazisində 26 avqust tarixində 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq. Bu barədə "Azərişıq" məlumat verib.

    "Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq", - məlumatda qeyd olunur.

    Bildirilir ki, gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

    Mövzular:
    Binəqədi Biləcəri ETSİ Elektrik enerjisi Fasilə

    Digər Xəbərlər