Reklam resmi
Reklam resmi

Türk Xalq Musiqisi sahəsinə AĞIR İTKİ

Türk Xalq Musiqisi sahəsinə AĞIR İTKİ
Şou Biznes

Türkiyənin Xalq Musiqisi sahəsində ustad kimi tanınan Bahattin Karakoç 74 yaşında vəfat edib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki, TRT Ərzurum Radiosunun təqaüdçü sənətçisi Bahattin Karakoç səhhəti ilə bağlı uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib.

Narmanlı məscidində qılınan cənazə namazından sonra Karakoç Ərzurum Əsri qəbiristanlığında dəfn edilib.

Türk xalq musiqisinin unudulmaz simalarından olan Bahattin Karakoç vəfatı ilə musiqi aləmində dərin bir boşluq buraxdı. 

Yüzlərlə türkü oxuyan ustad sənətkar Karakoç eyni zamanda şeirlər də qələmə alıb. “Ana”, “Sevda Gəlin”, “Bitməz gecələrim” kimi əsərləri onun ruh dünyasını əks etdirən əsərlərdir.

Sənətkarın dostları və TRT-dəki həmkarları “Türk Xalq Musiqisi böyük bir çinarını itirdi” deyərək kədərlərini dilə gətiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Mövzular:
Türkiyə Xalq musiqisi sənətkar yaş

Digər Xəbərlər