Reklam resmi
Reklam resmi

Sabah Sumqayıtda 4 000 abonentin qaz təchizatında FASİLƏ YARANACAQ

Sabah Sumqayıtda 4 000 abonentin qaz təchizatında FASİLƏ YARANACAQ
Cəmiyyət

Sabah Sumqayıt şəhərinin 6-cı mikrorayonunda qaz təchizatında müvəqqəti fasilə olacaq.

Ajans.az xəbər verir ki, bu barədə Sumqayıt QİS tərəfindən məlumat yayılıb. 

“Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən bildirilib ki, saat 10:00-dan işlər tamamlanana qədər 4 000 abonentin qaz verilişi dayandırılacaq.

Buna səbəb həmin ərazidə mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı texniki işlərin aparılmasıdır.

Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Qurum abonentlərdən yaranacaq narahatlığa görə üzr istəyib və təhlükəsizlik məqsədilə ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Mövzular:
qaz yoxdu bəzi ərazi Sumqayıt

Digər Xəbərlər