Reklam resmi
Reklam resmi

Dənizdə anomal qum birləşmələri aşkar edilib

Dənizdə anomal qum birləşmələri aşkar edilib
Dünya

Geofiziklər Şimal dənizinin dibində qeyri-adi geoloji hadisə üzə çıxarıblar.Dəniz dibinin geniş sahələrində adi geoloji qanunlara zidd olaraq kilometrlərlə uzanan yüzlərlə qum təpəsi formalaşıb.

Ajans.az Communications Earth & Environment jurnalına istiandən xəbər verir ki, ağır qum təbəqələri aşağı enib, daha yüngül və məsaməli çöküntülər isə yuxarı qalxıb. Bu proses "stratiqrafik inversiya" adlanır və gənc təbəqələrin yaşlı təbəqələrin altında yerləşməsi ilə xarakterizə olunur. Qeyd olunur ki, bu hadisə ilk dəfə belə geniş miqyasda qeydə alınıb.

Tədqiqatçılar hesab edirlər ki, qeyri-adi təbəqələr təxminən 5,3 milyon il əvvəl, Miosen və Pliosen dövrlərinin sərhədində yaranıb. Güclü zəlzələlərin təsiri ilə üst qaya layları parçalanaraq quma çevrilib, nəticədə onlar batıb və qədim işıq çöküntüləri yuxarı qalxaraq “floatitlər” adlanan strukturlar əmələ gətirib.

Alimlərin fikrincə, bu kəşf yalnız dəniz dibinin formalaşma tarixinə işıq salmır, həm də praktik əhəmiyyət daşıyır. Belə strukturların öyrənilməsi yeraltı su anbarlarının qiymətləndirilməsi və karbonun saxlanılması layihələri üçün mühüm ola bilər.

Bundan əvvəl aparılan başqa bir araşdırmada isə dəniz ulduzlarının kütləvi ölümünə səbəb olan amil müəyyən edilmişdi. Alimlər məlum ediblər ki, bu, əvvəllər molyusk xəstəliklərinin törədicisi kimi tanınan Vibrio pectenicida bakteriyası olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Şimal dənizi qum birləşmələri

Digər Xəbərlər