Reklam resmi
Reklam resmi

Günəşdə son iki ayın ən güclü partlyışı qeydə alınıb

Günəşdə son iki ayın ən güclü partlyışı qeydə alınıb
Dünya

Astronomlar son iki ay ərzində Günəşdə baş verən ən güclü alovu müşahidə ediblər.

Ajans.az Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutuna istinadən xəbər verir ki, maksimal radiasiya avqustun 25-də, Moskva vaxtı ilə saat 08:24-də (Bakı vaxtı ilə 09:24) qeydə alınıb. Hadisənin gücü M4,6 səviyyəsində olub ki, bu da mövcud beşballıq təsnifat sisteminə görə dördüncü kateqoriyaya aiddir.

Alimlərin sözlərinə görə, aktiv zonalar hələ birbaşa Yerə yönəlməsə də, onların mövqeyi yaxın 24 saat ərzində dəyişə bilər. Bu isə planetimizə təsir ehtimalını artırır. Plazma emissiyasının ilkin təsirlərinin avqustun 25-i axşam, əsas təsirin isə avqustun 26-nın ikinci yarısında müşahidə olunacağı gözlənilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Günəş Astronomiya

Digər Xəbərlər